- Baxış sayı: 53
- 28 Yanvar 2023 23:50
- Baxış sayı: 19
- Yanvar 30, 2023
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqasının 19-cu turunda səfərdə “Turan Tovuz”la qalib gəldikləri oyundan sonra transfer işlərindən danışıb. Allsport.az xəbər verir ki, o, qapı xəttini gücləndirmək istədiklərini bildirib:
“Qapıçı transfer etmək istəyirik. Hələ ki danışıqlar gedir. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz tək Lukanın deyil, əlimizdə olan bütün futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Bu gün qapıçılar da daxil, hər bir futbolçumuza güvənirəm. Qarşıdakı oyunlarda onlardan daha yaxşı performans gözləyirəm”.
Baş məşqçi Almaniyanın “Bayer” klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovla danışıq aparıldığını təsdiqləyib: “Hazırda onunla danışıqlar gedir. Ancaq real bir şey yoxdur”.