Qurban Qurbanovun qələbə şərhi

“Qarabağ” ölkə kubokunun 1/4 finalının cavab matçında (ilk oyun – 1:0) “Keşlə”yə 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Hamımız ilk yarını ağır keçirdik. Bir az istirahətə ehtiyac var. Hərçənd biz az istirahət edəcəyik. Bir neçə günə hazırlığa başlayırıq.

Futbolçulara qələbə üçün təşəkkür edirəm. Qələbəyə sevinirik, üçüncü qolu gənc oyunçumuz vurduğu üçün daha çox sevindim”.

Həmin kateqoriyadan