Qurbanovdan Ndlovu açıqlaması

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çinin I divizionunda çıxış edən “Hançjou Qrintaun” klubundan keçmiş hücumçuları Dino Ndlovunu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bir müddət əvvəl cənubi afrikalı hücumçu ilə danışıqlar apardığını təsdiqləyib:

“Dinonu hamımız çox istəyirik. Komandamızın bir parçası olub. Uğurlarımızda onun da əməyi olub. Hazırda onun qayıdışı ilə bağlı məsələ yoxdur. Yanvarda qısa danışıq olmuşdu. Bizə təklif etmişdilər və sonra söhbət olaraq da qaldı. Əlavə heç nə olmayıb”.

Həmin kateqoriyadan