Qvanzan Məhəmmədov “Sabah”da

“Sabah” qış fasiləsində növbəti transfer edib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion təmsilçisi vaxtilə U-21 millimizə dəvət alan Qvanzan Məhəmmədovla mövsümün sonuna kimi müqavilə bağlayıb.

Peşəkar karyerasına Rusiyanın “Krılya Sovetov” klubunda başlayan futbolçu “Şahdağ”, “Zirə”, “Bakı”, AzAL və “Səbail” klublarında çıxış edib.

Futbolçunun sonuncu klubu Rusiyanın 2-ci liqasında mübarizə aparan “Znamya Truda” komandası olub.

Həmin kateqoriyadan