Rəhim Həsənov “Sumqayıt”ın baş məşqçisini meydandan qovub

Azərbaycan kubokunun 1/2 finalında “Keşlə” və “Sumqayıt” arasında keçirilən ilk oyununda qalmaqal yaşanıb. Allsport.az saytı xəbər verir ki, “İnter Arena”da son dəqiqələrində baş hakim Rəhim Həsənov epizodlardan birinə sərt etiraz edən baş məşqçi Samir Abbasovu tribunaya göndərib.

Futbolinfo.az-ın məlumatına görə, bu qərar onun və “Sumqayıt”ın məşqçilər heyətinin kəskin etirazına səbəb olub. Bir müddət qışqıraraq baş hakimə və ehtiyat hakimə etiraz edən gənc mütəxəssis sonda referinin qərarına əməl edib.

Matça gəlincə, “Keşlə” 90+2 dəqiqədə qələbə topunu vurub.

Həmin kateqoriyadan