- Baxış sayı: 190
- 13 Aprel 2026 09:45
- Baxış sayı: 72
- May 06, 2026
- 0
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında U-19 Liqasının bəzi oyunlarında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
U-19 Liqasının “Simurq” – AZAL matçının 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Ümüd Ümüdov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-19 Liqasının “Xəzər Lənkəran” – “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq”un futbolçusu Abdulla Seyidəhmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.