“Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı”

“Zirə” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Hər iki komanda qələbə qazanmaq istəyirdi. 1-ci hissə bizim aktiviliyimizlə keçdi, rəqibə daha çox pressinq tətbiq edirdik. Keçidlərdə aktiv olmaq istəyirdik. Bir neçə qol epizodlarımız oldu, fərqlənə bilmədik. İkinci yarıya da komanda yaxşı başladı. Qollar vurduq. Ondan sonra rəqib hücuma atıldı. Yetərincə boşluqlar var idi ki, istəyirdik ondan istifadə edib daha böyük hesabla qalib gəlib cavab oyununa daha rahat çıxaq. Səfər qolunun üstünlüyü yoxdur. Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı”. 

Həmin kateqoriyadan