“Rəqibin səhvindən istifadə edib qol vurduq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ölkə çempionatının 17-ci turunda evdə “Neftçi”yə qarşı oyundan söz açıb. Allsport.az saytı xəbər verir ki, o, 1:0 qalib gəldikləri görüşdən razı qalıb:

“İlk növbədə, stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər. Matça gəlincə, maraqlı və gərgin oyun oldu. İlk hissədə ehtiyatlı davrandıq. 2-ci yarıda isə tempi qaldırdıq.

Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. “Neftçi” bura iddialı gəlmişdi”.

Həmin kateqoriyadan