Rəşad Sadıqov: Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir

Kapitan Rəşad Sadıqov “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. Allsport.az saytı xəbər verir ki, onun çalışdırdığı kollektiv səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub. Təcrübəli müdafiəçi debüt oyunu barədə bunu deyib:

“Baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir. Baş məşqçilik çox məsuliyyətli işdir. Oyuna gəldikdə isə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkliydi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı.

Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Bu qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq, amma buna baxmayaraq daha çox çalışmalıyıq. Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik”.

Həmin kateqoriyadan