Rəşad Sadıqov: “Hesab ədalətli oldu”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 18-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən matçı şərh edib:

“Gərgin oyun keçdi, maraqlı idi. Hər zaman bu sözlərlə başlayıram. Hər iki komandanın dinamikliyini qeyd etməmək mümkün deyil. İlk hissədə daha çox mübarizəli oyun oldu. İkinci hissənin hardasa 30 dəqiqəsi bizim üstünlüyümüz ilə keçdi.

Son 10-15 dəqiqədə idə Ayxan Abbasovun dəyişikliyindən sonra “Sumqayıt”ın üstünlüyü ilə keçdi. Rəqibin bu gün istəkli olacağını bilirdik. İlk hissədə ehtiyatlı olub, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi düşünürdük. Düşünürəm ki, hesab da oyuna görə, ədalətli oldu”.

Həmin kateqoriyadan