Rəşad Sadıqov: “Sumqayıt”ı çox ciddiyə alırdıq

Premyer liqanın 22-ci turunda “Qarabağ” səfərdə “Sumqayıt”ın qapısından 6 cavabsız top keçirib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın kapitanı Rəşad Sadıqov bunu deyib:

“Biz oyundan əvvəl 1:0 hesabına da razı idik. Əsas buradan 3 xalla ayrılmaq idi. Oyunumuz uğurlu alındı və böyük hesabla qalib gəldik. “Sumqayıt”ı çox ciddiyə alırdıq. 1-ci hissədə hesab 3:0 olmasına baxmayaraq, oyun çətin keçdi.

Rəqibin də qol epizodları var idi. Çox pressinq edir, hücuma çıxmağa imkan vermirdilər. İkinci yarıya isə daha rahat çıxdıq. Ardıcıl qollardan sonra isə “Sumqayıt” ruhdan düşdü və nəticə istədiyimiz kimi alındı. 6:0 və ya 1:0, bizim üçün fərqi yoxdur.

Gələn tur “Qəbələ” ilə oyunumuz var. Bu günki nəticə həmin matçda bizə heç bir üstünlük vermir. Hər şey yenə sıfırdan başlayacaq. Önəmli olan 3 xal qazanmaqdır”.

Həmin kateqoriyadan