Rəşad Sadıqov: “Sumqayıt”ın qələbəsinə kölgə salmaq istəmirəm”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov premyer liqanın 12-ci turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 37 yaşlı müdafiəçi oyunu şərh edib:

“Oyundan əvvəl də çətin olacağını bilirdik. Son turlarda “Sumqayıt” həqiqətən də yaxşı oyun nümayiş etdirirdi. Bilirsiniz ki, komandamızın çoxsaylı futbolçusu milli komandada çıxış edir. Demək olar ki, təkcə dünən komanda şəklində məşq etmişik.

Bu matça 7-8 nəfərlə hazırlaşırdıq. Həmişə millinin toplanışından sonra çətinlik çəkmişik. Oyunlarımız ağır alınıb. Amma bəhanə gətirmək, “Sumqayıt”ın qələbəsinə kölgə salmaq istəmirəm. Xüsusən, ikinci hissədə yaxşı çıxış etdilər. Ancaq tam əksinə, bizim ikinci hissədə oyunumuz alınmadı”.

Həmin kateqoriyadan