Rəşad Sadıqov: “Uduzmamaq bizim üçün çox önəmli idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 20-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, nəticəni (1:1) şərh edib:

“Burada səfər oyunu keçirmək hər bir komanda üçün çətin hesab olunur. Rəqibimizin heyətində çoxlu dəyişiklik baş versə belə, bu kollektivin ruhu var. Ona görə hərtərəfli seçilir, fərqlənirlər. Sona doğru çalışdıq ki, böyük qüvvə ilə hücuma atılaq. Bu məqsədlə ön xətdəki oyunçularımızın sayını artırdıq.

Hətta stopperimiz Nemanya Ancelkoviçi də hücuma göndərdik. Vurmaya da bilərdik, amma sevindirici haldır ki, vura bildik. Burada uduzmamaq bizim üçün çox önəmli idi. Ən azı “Sumqayıt” və “Qəbələ” ilə xal fərqimizi saxladıq. Avrokubok zonasına düşmək baxımından da bu oyunda uduzmamaq çox vacib idi”.

Həmin kateqoriyadan