- Baxış sayı: 48
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

Türkiyə kubokunda 2-nci mərhələnin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” aşağı liqa təmsilçisi “Sərhad Ərdaxan” klubu ilə qarşılaşıb.
Oyun qara dənizlilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Həmterlimiz bu görüşdə yeni komandasının heyətində ilk rəsmi matçına çıxıb. O, 64-cü dəqiqədə meydana girib.
Millimizin forvardı üçün debüt matçı uğurlu alınıb. O, 85-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb.