Ramin Musayev: “Jurnalistlər mətbuatda futbolu pis günə qoyub”

Peşəkar futbol liqasının prezidenti Ramin Musayev ölkə kubokunun püşkatmasında fikrini bölüşüb. Allsport.az xəbər verir ki, o, klubların ölkə kubokuna maraq göstərmədiyini bildirib:

“Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdır. Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik”.

PFL rəhbəri premyer liqanın sponsoru məsələsi ilə bağlı xarici şirkətlə danışıqların uğursuz alındığını söyləyib:

“Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.

Həmin kateqoriyadan