Ramin Musayev: Ölkə kubokunda komandaların sayı azdır

Bu gün AFFA-nın inzibati binasında ölkə kubokunun cari mövsümün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, peşəkar futbol liqasının təşkilatçılığı ilə baş tutan tədbirdə klub nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak etdilər. Toplantıda PFL prezidenti Ramin Musayev bir sıra maraqlı məqamlara toxunub:

“Hər birinizi salamlayıram. Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Azərbaycan kubokunun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin  uğurlarını təkrarlasın. Kubokun yeni mövsümü  ilə bağlı yenilik ondan ibarətdir ki, 4-cü əvəzetməyə icazə veriləcək.

Belə ki, məşqçilər oyun  əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Amma bu nə AFFA-nın, nə də PFL-in günahıdır. Ümumi vəziyyət belədir”.

Qeyd edək ki, Azərbaycan kubokunun ilk oyunları dekabrın birinci həftəsində reallaşacaq.

Həmin kateqoriyadan