Roberto Bordin: “Futbolçular səbirsiz davranırdı”

Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Neftçi” – “Sumqayıt” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

“Nəticə neqativdir. Oyun ürəyimi açmadı. İlk dəqiqələrdən qol vurmaq istəyirdik, ancaq alınmadı. Rəqibin müdafiəyəmeyilli oynayacağını bilirdik. İlk hissədə elə də çox qol epizodu yarada bilmədik. Rəqib çox qapanmışdı. Fasilədən sonra imkanlarımız olduq. Tural Axundov real şansa sahib idi. Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsir və səbirsiz davranırdılar”.

Həmin kateqoriyadan