- Baxış sayı: 132
- 29 Mart 2026 10:35
- Baxış sayı: 58
- Avqust 10, 2026
- 0
Dünən Fransanın Orlean şəhərində sablyaçılar arasında Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışında «Neftçi» klubunun üzvləri 1/4 finalda «Roma» kollektivini 45:44 məğlub edib.
Bu matçda hesab 41:44 italyanların xeyrinə olarkən, millimizin lider sablyaçısı Səbinə Mikina rəqibinə dalbadal 4 dəqiq zərbə vuraraq, «Neftçi»yə qələbə qazandırıb. Görüşdə maraqlı anlar Marie-Lan Teyin fotoobyektivində qeydə alınıb. Bu şəkildən aydın olur ki, baş məşqçisi ilə söhbət edən «Roma»lı qılıncoynadan, ona «əlimdən gələni etdim, amma bacarmadım» deyib.