- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qolunu vurub. Allsport.az xəbər verir ki, ispaniyalının yubileyi Premyer Liqanın XVII turuna təsadüf edib.
O, “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü premyer liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub. “Azersun Arena”dakı top əcnəbi futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.
Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la çempionlar liqasının ev görüşündə (3:0) vurub.