Rusiya – Azərbaycan matçının referiləri

Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi dünya çempionatının Avropa zonası üzrə seçmə oyununun hakimləri açıqlanıb.

Allsport.az xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Viola Raudzinaya yan xətt hakimləri liqa Didrike və Diana Vanaqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək. 

Sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Həmin kateqoriyadan