“Rusiya millisi bizi səhv etməyə məcbur etdi”

Qadın millimiz dünya çempionatının seçməsində Moskvada rusiyalı həmkarlarəna 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Siyasət Əsgərov yenilgiyə belə şərh verib:

“İlk oyunlar həmişə çətin olur. Qarşılaşmanın qrupun lider komandasına qarşı olması məsuliyyətimizi daha artırmışdı. Rusiyanın son bir neçə oyununu izləmişdik. Necə oynadıqlarını bilirdik. Daha çox bunun üzərində çalışmışdıq.

Komanda olaraq oyun planında ilk hissədə düzgün oynadıq. Ancaq rəqib getdikcə təzyiqi artırdı. Təəssüf ki, ilk hissənin sonlarında buraxdığımız bir səhv qolla nəticələndi. Belə demək mümkünsə, Rusiya millisi hücumlarının kəsərini artırmaqla bizi səhv etməyə məcbur etdi”.

Həmin kateqoriyadan