- Baxış sayı: 33
- 22 İyun 2026 14:00
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Allsport.az saytı xəbər verir ki, son olaraq Rusiya “Arsenal”ında (Tula) çıxış edən Kamran Əliyevlə 2,5 illik müqavilə imzalanıb. 24 yaşlı azərbaycanlı vinger “23” nömrəli geyimdə çıxış edəcək.
“Ximki” klubunun yetirməsi olan soydaşımız, “SKA Xabarovsk”da da oynayıb. O, 21 yaşadək futbolçulardan ibarət millimizin heyətində 2 görüş keçirib.