- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Macarıstan paytaxtı Budapeştdə şpaqaçıların qran-prisi start götürüb. Allsport.az saytı xəbər verir ki, kişilərin şəxsi yarışında Ruslan Həsənov ilk 64-lüyə kimi irəliləyib.
Qrupu 4 qələbə ilə başa vuran qılıncoynadanımız, ilk pley-ofda kanadalı Yuan Zhi Pana (15:10)Ş ardınca fransalı Lilian Nguefaka (15:8) qalib gəlib. O bu gün əsas mərhələnin ilk görüşündə Tristan Tulenlə (Niderland) qarşılaşacaq.
Qrup mərhələsində 3 qələbə qazanan Kənan Əliyev pley-ofda Mavriki təmsilçisi Satya Gunputa 14:15 məğlub olub.
Qrupda 1 qələbəsi olan Fərrux Səfərov və Brat Quliyev mübarizəni erkən dayandırıblar.