VİDEO
Rza Çalımbay: “Azərbaycan da bizim məmləkətimiz sayılır”

“CBC Sport” telekanalında Pərviz MusayevElçin Cəfərovun apardığı “Türkiyədən futbol” verilişi yenə maraqlı keçib. Allsport.az saytı xəbər verir ki, həmkarlarımızın budəfəki şərti qonağı super liqada mükafatlar uğrunda mübarizə aparan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay olub.

O, ölkə çempionatının bərpası, 2 futbolçusunun “Qalatasaray”a keçməsindən danışıb və sosial şəbəkələrdə onun əslən azərbaycanlı olması ilə bağlı deyilənlərə aydınlıq gətirib:

“Bu mövsümün ilk yarısını yaxşı keçirdik. Amma bizim elə də geniş heyətimiz yoxdur. Zamanla zədəlilər üzündən sıxıntı yaşadır. Növbəti yarıda toparlandıq və gözəl oyunlar keçirdik.

Mən Sivasdanam. Orada doğulub, böyümüşəm. Azərbaycanlı izləyicilər mənim əslimin sizin ölkədən olduğunu deyirsə, heç bir sorun yoxdur. Azərbaycan da bizim məmləkətimiz sayılır. Halbuki, heç vaxt orda olmamışam”.

Həmin kateqoriyadan