- Baxış sayı: 38
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

“ASCO arena”da 1-ci divizionda mübarizə aparan “Səbail-2” komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Məşğələdə “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.