“Səbail” Antalyada Qazaxıstan və Macarıstan klubları ilə gücünü sınayacaq

“Səbail” klubunun qış təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, Bakıda hazırlıq keçən 1-ci divizion təmsilçisi yanvarın 10-da MOİK, 2 gün sonra “Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyunu keçirəcək.

Hazırlığın 2-ci hissəsinə Antalyada başlayacaq (14 yanvar) debütant, 3 sınaq matçında gücünü sınayacaq. “Səbail” ayın 19-da Qazaxıstanın “Kiran”, 1 həftə sonra Macarıstanın “Seqed” klubları ilə üz-üzə gələcək.

Yanvarın 24-də keçiriləcək yoxlama oyunundakı rəqib hələ müəyyənləşməyib.

Həmin kateqoriyadan