“Səbail” klubu premyer liqaya gəlir

Bu gün Bayıl stadionunda “Səbail” klubunun iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda müşahidə şurasının sədri Rəşad Abdullayev çıxış edərək, “aslanlar”ın 1-ci divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutmasını qənaətbəxş nəticə hesab etdiyini bildirib, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib.

O, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə bağlı müşahidə şurasına müraciət edib və onun xahişi müsbət dəyərləndirilib. Sonra Rəşad Abdullayev qeyd edib ki, müşahidə şurasının qərarına əsasən, icraçı direktoru vəzifəsinə bu günə qədər üzv kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub.

Sonda Rəşad Abdullayevə “Səbail” klubunun fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub. Komandanın müşahidə şurasının yeni sədrinin və tərkibin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Həmin kateqoriyadan