“Səbail” məşqçilər heyəti ilə anlaşmanı uzatdı

İlk dəfə Avropa liqasında çıxış edəcək “Səbail” paytaxt hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, futbolçu transferləri və mövcud müqavilələrin yenilənməsi ilə yanaşı, “dənizçilər”in məşqçilər heyətinin işi də rəhbərlik tərəfindən müzakirə edilərək, müvafiq qərarlar verilib.

Hazırda Aftandil Hacıyevin köməkçilərinin durumuna aydınlıq gəlib. Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb, baş məşqçi ilə anlaşma şərtləri dəyişdirilib.

Həmin kateqoriyadan