“Səbail”in müdafiəçisi: “Hədəfim “A” milli komandaya dəvət almaqdır”

“Səbail”in müdafiəçisi Təyyar Məmmədov U-21 millimizlə birgə Antalyada təşkil olunan təlim-məşq toplanışında iştirak edir. Allsport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu hazırlıq barədə açıqlama verib:

“İndiyədək U-17 və U-19 millilərimizin şərəfini qorumuşdum. Hər iki millimizlə elit round həyəcanı da yaşamışam. İndi isə U-21 millimizin düşərgəsindəyəm. Bundan sonra əsas məqsədim məşqlərdə öz üzərimdə çalışmaq və gələcəkdə “A” milli komandaya dəvət almaqdır.

“Səbail”dəki uğurlu çıxışım U-21 millimizə dəvət almağımda əsas səbəbdir. “Səbail”də özümü çox xoşbəxt hiss edirəm. Mənə əsas heyətdə şans verdiyi üçün baş məşqçimiz Elman Sultanova da təşəkkür edirəm. İnanıram ki, mənə “Səbail” formasıyla premyer liqada oynamaq qismət olacaq”.

Həmin kateqoriyadan