Səbinə Mikina dünya kubokunda 6-cı oldu, 14 reytinq xalı qazandı

21-23 fevralda Belçikanın Gent şəhərində sablyaçılar arasında dünya kuboku keçirilib. Allspot.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarını təmsil ediblər.

İlk 2 yarış günündə şəxsi mübarizələr olub. Burada 170 sablyaçı qüvvəsini sınayıb. Adı ilk çəkilən qılıncoynadanımız 6 görüşdə qələbə qazanaraq, 1/64 finala çıxıb. Növbəti gündə Səbinə almaniyalı həmkarını udub (15:7), növbəti mərhələyə adlayıb. ABŞ idmançı da Mikina ilə bacarmayıb – 11:15.

O, 1/16 finalda güclü yunan sablyaçısına 15:14 qalib gəlib. Çərək finalda rusiyalı olimpiya çempionu Sofiya Velikaya uduzan millimizin üzvü, 9 qələbə və 1 məğlubiyyətlə 6-cı yeri tutub; 14 reytinq xalı qazanıb.

Digər təmsilçimiz Sevil Bünyatova da qismən irəliləyə bilib. 1/64 finalda 2 metrə yazın boyu olan ABŞ-lı Dagmara Vozniaka məğlub olaraq, mübarizəni dayandırıb; 60-cı olub.

 

Həmin kateqoriyadan