Denis Əliyev və Dmitri Solnsevin xatirəsinə qılıncoynatma turniri

Azərbaycan texniki universitetin idman sarayının qılıncoynatma zalında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib.

Allsport.az xəbər verir ki, Yasamal rayon gənclər və idman idarəsinin və Azərbaycan qılıncoynatma federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarış “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Denis Əliyevin, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Dmitri Solnsevin xatirəsinə həsr olunub.

40 nəfərə yaxın oğlan şpaqaçı arasında keçirilən xatirə turnirinin qalibi Ruslan Həsənov olub. 2-ci yeri Fərrux Səfərov, 3-cü sıraları Barat QuliyevFuad Qurbanov tutublar.

Təltifetmədə Bakı şəhər gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon gənclər və idman idarəsinin rəhbəri İlqam Səfərov və 2 saylı RİOEUGİM-in direktoru Əjdər Cəfərov iştirak ediblər.

Həmin kateqoriyadan