Şəhriyar Əliyev sıraya dönüb

“Sumqayıt” Topaz premyer liqasının 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxıb.

Uzun müddətdir ki, zədəli olan müdafiəçi Şəhriyar Əliyev artıq komandaya qoşulub. Bundan başqa, “Sumqayıt-2”-nin üzvləri İbrahim Əliyev və Səbuhi Abdullazadə əsas heyətlə hazırlığa cəlb olunub.

Sözü gedən matç martın 10-da saat 16:30-da Sumqayıt şəhər stadionunda başlayacaq.

Həmin kateqoriyadan