Şəkidə prezident kubokuna start verildi

Şəki rayonunda yerləşən respublika milli atüstü oyunlar mərkəzində prezident kuboku üzrə çövkən oyununun qrup mərhələsinə start verilib.

Allsport.az xəbər verir ki, 12 komandanın iştirakı ilə keçirilən çempionatda hər birində 3 komanda olmaqla 4 qrup formalaşıb.

“Omar”, “İsmayıllı”, “Murad Çövkən” komandaları A qrupunda, “Polad”, “Şəki”, “Qarabağ Çövkən” komandaları B qrupunda, “Buta”, “Ağcabədi”, “Köhlən Çövkən” komandaları C qrupunda, “Sərhədçi”, “Ağstafa”, “Qala Çövkən” komandaları isə D qrupunda mubarizə aparırlar.

Çempionatın ilk günündə A qrupunda “Omar “Çövkən” komandası “Murad Çövkən”ə 5:1 hesabı ilə qalib gəlib. B qrupunda “Polad Çövkən” komandası “Qarabağ Çövkən”ə 8:1 hesabı ilə qalib gəlib. C qrupunda “Buta Çövkən” komandası “Köhlən Çövkən”ə qalib gəlib – 3:0. Günün son görüşü D qrupunda “Sərhədçi Çövkən” komandası ilə “Qala Çövkən” komandası arasında olub. Bu görüşdə son çempionatın qalibi – “Sərhədçi Çövkən” 4:1 hesablı qələbə qazanıb.

Qrup mərhələsi və 1/4 final oyunlarına dekabrın 16-da Şəkidə yekun vurulacaq. Çempionatın yarımfinal mərhələsi dekabrın 22-də, üçüncülük və final oyunu isə dekabrın 24-də Binə atçılıq mərkəzində baş tutacaq. Turnirin ümumi mükafat fondu 50000 AZN təşkil edir.

Həmin kateqoriyadan