“Petr Yanın Merab Dvalişvilini nokauta salması realdır”

“Petr Yanın Merab Dvalişvilini nokauta salması realdır”

MMA döyüşçüsü Aleksandr Şabli UFC-nin ən yüngül çəki dərəcəsində keçiriləcək titul qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, oktyabrın 24-də Əbu-Dabidə təşkil olunacaq turnirdə divizionun çempionu Petr Yan Merab Dvalişvili ilə üz-üzə gələcək.

Şabli hesab edir ki, üçüncü döyüş əvvəlkindən daha rəqabətli keçəcək. O, Dvalişvilinin revanşa daha yaxşı hazırlaşdığını, lakin Yanı texniki baxımdan daha hazırlıqlı və qələbəyə daha motivasiyalı döyüşçü hesab etdiyini bildirib:

“Merab yüksək səviyyəli döyüşçüdür, amma Petr daha hazırlıqlı və qələbəyə daha acdır. Yanın güləş bacarıqları təhlükəlidir və o, daim rəqibinə zərər vurmağa çalışır. Ötən döyüşdə Petrə Merabı nokauta salmaq üçün cəmi bir neçə dəqiqə çatmadı”.

Döyüşçü Dvalişvilinin müdafiəsində boşluqların olduğunu və Yanın bundan istifadə edərək vaxtından əvvəl qələbə qazana biləcəyini də istisna etməyib:

“Merabı nokauta salmaq tamamilə realdır. Petrin hər iki əli ilə güclü zərbələri var, qaraciyərə zərbələr endirir, dirsəklərdən istifadə edir, klinçdə diz zərbələri təhlükəlidir. Əgər Petr Merabı açmağı və başa, eləcə də gövdəyə zərbələr arasında keçid etməyi bacarsa, hər şey mümkündür. Yan Dvalişvilini nokauta sala bilər. Merabın müdafiəsində kifayət qədər boşluqlar var. İnsan orqanizminin resursları sonsuz deyil”.

Həmin kateqoriyadan