- Baxış sayı: 56
- 26 Oktyabr 2026 10:13
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov beynəlxalq yarışın mükafatçısı olub.
Allsport.az xəbər verir ki, 16 yaşlı idmançı Latviyada keçirilən “Riga city councils youth cup 2026” turnirində fərqlənib.
Öz yaş qrupunda mübarizəni 1/4 finalda dayandıran Tunar U-19 kateqoriyasında daha uğurlu çıxış edib. O, qrup mərhələsində Malta, Estoniya və İsveç təmsilçilərini, 1/16 finalda İngiltərə, 1/8 finalda Litva, 1/4 finalda isə Latviya idmançısını məğlub edib.
Yarımfinalda Litva təmsilçisinə uduzan stolüstü tennisçimiz yarışı üçüncü pillədə başa vurub.
Bu, Tunar Bağırovun beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır.