Sənan Qurbanov: “Koronavirusa yoluxmayıb, dədə-baba qızdırmasıdır”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 18-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə bitən matçı şərh edib:

“Gözlədiyimiz kimi gərgin oyun alındı. Hər iki komandaya qələbə lazım idi. Futbolçular mübarizə aparırdı. İşimizə güvənməli və inanmalıyıq. Futbolçular meydanda yaxşı mübarizə aparır. Ardıcıl 3 matçdır öndə olmağımıza baxmayaraq, üstünlüyümüzü qoruya bilmirik. Qol vurduqdan sonra da fərqlənməyə çalışırıq. Hesabdakı üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır. Koçukun qızdırması olduğu üçün bu görüşdə iştirak etmirdi. Bunun koronavirusla heç əlaqəsi yoxdur. Sadəcə, dədə-baba qızdırmasıdır”.”.

Həmin kateqoriyadan