- Baxış sayı: 45
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 20-ci turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, nəticəni şərh edib:
“Deyiləsi bir söz yoxdur. Lənət üstümüzdən getmək istəmir. Bilirdik ki, fasilədən sonra rəqib təzyiqi artıracaq. Bərabərlikdən sonra toparlana bildik, yenə qol vurduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlığı aradan qaldıraq”.