Sənan Qurbanov: Məğlub olunacaq oyun deyildi

Premyer liqanın 26-cı turunun “Səbail” – “Qəbələ” oyunundan (2:1) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi qonaq komandanın baş məşqçisi Sənan Qurbanovun açıqlaması ilə tanış edir:

“Hər iki komanda üçün vacib oyun idi. Dörd gündən bir meydana çıxmaq bir az çətindir. Rotasiya edə bilmədik. Futbolçularda psixoloji yorğunluq var idi. Bunu aradan qaldırmağa çalışdıq. İkinci hissədə daha yaxşı oynadıq. Əlverişli qol imkanları yaratdıq. Amma bu imkanlardan istifadə edə bilmədik.

Məğlub olunacaq oyun deyildi. Xüsusilə də ikinci hissəyə əsasən belə demək olar. Bu oyun geridə qaldı. Qarşıdakı kubok matçına ciddi hazırlaşmalıyıq. Bürünc medal şansımız möcüzəyə bağlıdır. Biz peşəkarıq, sonadək işimizi davam etdirməliyik. Çempionatda iki oyunumuz qalıb, maksimum nəticə qazanmağa çalışacağıq. Sabahdan kubok görüşünə hazırlıqlara başlayacağıq. Çox ciddi oyunumuz var. Əlbəttə ki, çətin olacaq”.

Həmin kateqoriyadan