Şənol Günəşdən 6 futbolçuya son fürsət

Zəlzələ fəlakətindən əvvəl superliqada son 2 oyunda “Qaragümrük”lə heç-heçə edərkən, “Sivasspor”a uduzaraq 5 xal itirən “Beşikdaş”, bazar günü evdə “Antalyaspor”la təxirə salınmış matçdan qələbə ilə ayrılmağı hesablayıb. Allsport.az saytı xəbər verir ki, çempionluq yarışından uzaqlaşan “qara qartallar”, kritik qarşılaşmada qalib gələrək 2-cilik iddiasını gücləndirməyi hədəfləyib.

“Antalyaspor” matçı son vaxtlar performansı azalan Valentin Rosyer, Romain Saiss, Təyyib Təlxa, Saleh Uçan, Dele Alli, Kevin Nkoudou və Nathan Redmond üçün çox kritik olacaq. Yeni transferlərin statuslarına görə meydana çıxa bilməyəcəyi “Antalyaspor” matçında bu futbolçular mənfi nəticə göstərsələr, böyük ehtimalla formanı itirəcəklər.

Həmin kateqoriyadan