- Baxış sayı: 41
- 23 İyun 2026 15:47
- Baxış sayı: 214
- İyun 23, 2026
- 0

Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə “Sabah” klubu arasında himayədarlıq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, komandanın Topaz premyer liqasında mübarizə aparan əsas və 1-ci divizionda yer alan əvəzediciləri yeni mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan futbol geyimlərində çıxacaqlar.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respubika arena” adlanacaq. Bu müddətdə bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.