- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 9-cu turunun bu günə nəzərdə tutulan görüşü təxirə salınıb. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə “Sabah” öz meydanında “Zirə”ni qəbul etməli idi. Lakin bir qədər əvvəl PFL matçın təxirə salındığını elan edib:
“Azərbaycan premyer liqasının IX turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat peşəkar futbol liqasının rəsmi saytında yerləşdiriləcək”.
Turun digər oyunları isə noyabrın 7-8-də keçiriləcək.