- Baxış sayı: 37
- 07 May 2026 15:00
- Baxış sayı: 129
- May 07, 2026
- 0

“Turan Tovuz” klubu növbəti futbolçu transferini həyata keçirib.
Allsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Robert Olabe ilə 2 illik müqavilə imzalanıb.
2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA super kubokunu başı üzərinə qaldırmış Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.
29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legionçu həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.