- Baxış sayı: 33
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Beşikdaş”ın qapıçısı Loris Karius mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıdacağı üçün İstanbul təmsilçisi qolkiper axtarışına çıxıb. Allsport.az xəbər verir ki, “qara qartallar” 1-ci liqa təmsilçisi Ərzurumspor”un qapıçısı İbrahim Şehiçi hədəfə alıb.
Bosniyalı qolkiperin agenti Fateh İlək 31 yaşlı əlcək sahibinin super liqanın böyük klublarından təklif aldığını mətbuata açıqlayıb. Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi.