- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Bolqarıstanın Plovdiv şəhərində qadın sablyaçıların dünya kubokunda komanda yarışı da başa çatıb.
Allsport.az saytı xəbər verir ki, ilk görüşdə ABŞ qılıncoynadanlarına 45:39 hesabı ilə qalib gələn Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət dördlük, növbəti mərhələdə Macarıstana eyni hesabla (45:39) qalib gəlib.
Millimiz yarımfinalda meydan sahibələrini 45:32 məyus edib. Həlledici qarşılaşmada qızlar fransalı həmkarlarına 39:45 uduzublar.