Sablya millimiz 5-ci oldu

Bu gün İstanbulda qadın sablyaçıların dünya kubokunda komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət milli ilk görüşdə Polşaya 45:43 qalib gəlib.

1/4 finalda İtaliya seçməsinə 32:45 uduzan komandamız, 5-8-ci yerlər üçün Bolqarıstana (45:33) və Yaponiyaya (45:34) qalib gələrək, yekun sıralamada 22 ölkə arasında 5-ci olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish