Sablya millimiz Fransada 11-ci oldu

Sablya üzrə qadınlardan ibarət millimiz Fransanın Orlean şəhərində komandaların yarışında çıxış edib. Allsport.az xəbər verir ki, ilk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız 16 ən güclü komanda sırasına yüksəlib.

16-lıqda Fransa yığması ilə qarşılaşan komandamız güclü rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də, 9-10-cu yerlər üçün görüşdə ABŞ komandasına 35:45 hesabı ilə uduzub.

Anna Başta, Səbinə Kərimova, Sevil BünyatovaValeriya Bolşakovadan ibarət kollektiv 11-ci yer uğrunda görüşdə Almaniya yığmasını 45:38 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan