Sablya yığması dünya kubokunda 11-ci ola bilməyib

Tiflisdə sablya üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son yarış günündə komanda yarışında qaliblər müəyyənləşib.

Qadınlarda Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət millimiz ilk görüşündə Gürcüstana 45:43 qalib gəlib.

Komandamız ən güclü 8-liyə yüksəlmək üçün keçirilən görüşdə Macarıstan yığmasına 43:45 hesabı ilə uduzub. 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq Qazaxıstan seçmə kollektivinə 45:42 hesabı ilə qalib gəlib.

Ardınca Yaponiya yığmasına 40:45 hesabı ilə məğlub olan komandamız, 11-ci yer uğrunda keçirilən görüşdə Ukrayna millisinə 36:45 hesabı ilə uduzub.

Həmin kateqoriyadan