Sablyaçı oğlanlar əliboş dönür

Fransanın Durdan şəhərində gənc sablyaçı oğlanların dünya kubokunun mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, bizdən Murad Əkbərov (4 qələbə), Ayxan Xasıyev (3 qələbə) və Saleh Məmmədov (2 qələbə) qrup mərhələsini uğurla adlasa da, 64-lükdə mübarizəni dayandırıblar.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Maqsud Hüseynli isə 32-liyə kimi irəliləməyi bacarsa da, 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə məğlub olub.

Komanda yarışında millimiz ilk görüşdə Səudiyyə Ərəbistanına 43:45, 9-16-cı yerlər uğrunda Honkonq komandasına 41:45 hesabları ilə uduzublar.

Həmin kateqoriyadan