Sablyaçılar Yunanıstanda 4-cü oldular

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komanda Yunanıstanın Heraklion şəhərində keçirilən dünya kubokunda 4-cü olub.

Allsport.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan yığma ilk görüşündə Sinqapura 45:32 hesabı ilə qalib gəlib. Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçmə kollektivini 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmada Anna Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib. Milli qələbə seriyasını növbəti görüşdə də davam etdirib. Qadın sablyaçılar bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü 4-lüyə yazdırıb. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesab ilə uduzan milli 3-cü yer uğrunda keçirilən qarşılaşmada Koreya respublikasına 33:45 hesabı ilə məğlub olub.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Anna qadın sablyaçıların şəxsi yarışında yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45, Palina Kaspiaroviç 60, Zərifə Hüseynova isə 146-cı olub.

Dünya kubokunda 200-dən çox qadın sablyaçı yarışıb.

Həmin kateqoriyadan