- Baxış sayı: 107
- 29 Mart 2026 10:35
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0
Sablyaçılardan ibarət milli komandamız yanvarın 4-də Türkiyəyə səfər edəcək. Bu barədə allsport.az saytına AGF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözünə görə, 5 günlük təlim-məşq toplanışına bizimlə bərabər, Ukrayna, Qazaxıstan və Belarus komandaları qatılacaqlar.
Baş məşqçimiz Fikrət Vəliyev heyətə, qadınlarda – Səbinə Mikina, Fatma İbrahimova, Nərminə Cəfərova, Sevil və Sevinc Bunyatova bacılarını, kişilərdə – Azər Tağıyev, Cəlil Əsgərov, Cavanşir Səfərov, Cavanşir Ağakişiyev, Əbdul Həsənov, Elvin Rzazadəni daxil edib.